20 yaşlı tələbə itkin düşüb 

09:38 14.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Texniki Universitetinin 3-cü kurs tələbəsi Hüseynov İlkin itkin düşüb.

Hafta.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə onun yaxınları bildiriblər.

 

Məlumata görə, 20 yaşlı İlkin mayın 11-i günorta saatlarında Bakıdan yaşadığı Şabran rayonunda gedərkən yolda ailəsi ilə əlaqə saxlayıb. O, 20 dəqiqəyə evə çatacağını bildirsə də, qısa müddət sonra İlkinə zəng çatmayıb.

 

Onu görənlərdən 050-479-11-08 (Atası Saleh Hüseynov) nömrəsi ilə əlaqə saxlaması xahiş olunur.